KATV1 Smart

KATV1 Smart: telekanal və video izləmək üçün ağıllı cihaz.

Ölkənin ən iri kabel televiziyası operatoru KATV1 internet vasitəsilə televizorda telekanal və video izləmək üçün nəzərdə tutulan KATV1 Smart cihazını təqdim etdi. 

KATV1 Smart sahibləri milli televiziya kanalların hamısını pulsuz izləyə biləcək, pullu abunəyə (ayda 10 manat) qoşulduqda isə xarici kanalları da izləmək imkanını əldə etmiş olacaqlar. 

Bundan əlavə, KATV1 Smart vasitəsilə müasir film, serial, həmçinin klassik kinolarla zəngin olanmyvideo.azsaytının geniş videotekasına da daxil olmaq olar. Onu da qeyd etmək lazımdır ki, sözügedən “ağıllı” cihaz vasitəsilə istifadəçilərin yüklədiyi həvəskar videoları və ya brendləşdirilmiş internet-kanalları da izləmək mümkündür.

Göstərilən “ağıllı” cihaz istənilən televizoru Smart TV-yə çevirməyə imkan verəcək.

KATV1 Smart-ın xüsusiyyətlərindən biri də televizordan SkypeInstagramFacebook və Youtube kimi məşhur proqramlara çıxış imkanının olmasıdır. 

Məsələn, televizorun böyük ekranından istifadə etməklə Skype vasitəsilə qohum və yaxınlarınızla daha rahat ünsiyyət yaratmaq,Youtube-da müxtəlif videoları izləmək və ya Facebook-da dostlarınızla yazışmaq olar.

Qeyd etmək lazımdır ki, KATV1 Smart cihazının qiyməti 59 manat təşkil edir; xarici kanalları izləmək üçün abunə haqqı isə ayda 10 manat təşkil edir. 

Sözügedən cihazın seçilməsi zamanı 20 istehsalçının analoji məhsullarının texniki baxımdan müqayisəli təhlili aparılıb. Cihaz 4-nüvəli prosessorla təchiz edilib ki, bu da onun yüksək sürətliliyini təmin edir. Bu cihaz vasitəsilə 200 kanal izləmək mümkündür. Bundan əlavə, arxivləşdirmə xidmətinin yardımılə KATV1 Smart-ınistifadəçiləri istənilən telekanalın 10 günlük arxivini də izləyə bilər.

Sifariş et