Rəqəmsal TV analoq yayımından nə ilə fərqlənir?
Rəqəmsal televiziyanın analoq yayımından əsas fərqi yüksək HD görüntü və səsin keyfiyyətindədir. Rəqəmsal yayım
televiziyada yeni standart hesab olunur. Əgər standart televiziya görüntünü 4:3 formatında 720x576 pixel ilə təqdim
edirsə, rəqəmsal yayımının formatı 16:9-dur və görüntü 1920x1080 / 1280x720 pixel ilə təqdim olunur.
Rəqəmsal yayıma qoşulmaq üçün xüsusi televizor əldə etmək mütləqdir?
Xeyr, rəqəmsal yayım üçün istənilən televizor uyğun gəlir. Əsas odur ki, televizora tunerin qoşulması üçün standart
antena girişi mövcud olsun (və ya scart-giriş).
Tuneri özüm qoşa bilərəm?
Bəli, bu olduqca asan prosesdir. Tuner televizora standart antena girişi ilə qoşulduğundan, bu Sizə heç bir çətinlik
yaratmayacaq.
Rəqəmsal yayıma qoşulmaq üçün ayrıca kabel çəkdirməyə ehtiyac var?
Əgər Siz artıq KATV1 abunəçisisinizsə, kabel çəkdirməyə ehtiyac yoxdur.
Bir mənzildə iki və daha artıq televizoru rəqəmsal yayıma qoşmaq olar?
Bəli, bu mümkündür. Bunun üçün televizorların sayına uyğun olaraq cihaz əldə etmək lazımdır və bu halda hər televizorda müxtəlif kanallar izləmək mümkündür.
Mən Wi-Fi ruterin şirfəsini unutmuşam. Bu halda nə etmək lazımdır?
Bunun üçün qeydiyyat zamanı saxladığınız nömrə ilə bizim mərkəzimizə zəng etməyiniz kifayətdir (012 127).
Wi-Fi ruterin şifrəsini necə dəyişə bilərəm?
İki variant mümkündür: 1. Biz Sizə yardımçı ola bilən partnyor şirkətin əlaqə nömrəsini təqdim edə
bilərik; 2. Siz it-mütəxəssisinə müraciət etməlisiniz.
Wi-Fi ruter sıradan çıxıb. Təkrarən aktivləşdirilmə üçün ödəniş etmək lazımdır?
Xeyr, istər ilk, istərsə də təkrar qoşulmada KATV1 öz müştərilərinə servis xidmətlərini pulsuz təqdim
edir.
Heç bir kanal göstərmir. Nə etmək lazımdır?
Zəhmət olmasa kabelin yerində olduğunu, onun zədəli olmadığını yoxlayın. Hər şey qaydasında
olduğu halda bizim mərkəzə, (012) 127-yə zəng edin.
Yeni kanallar əlavə olunduqda mən bu haqda necə məlumat əldə edə bilərəm?
Bütün dəyişikliklər haqqında məlumatı Siz saytdan, eləcə də KATV1-in sosial şəbəkələrdəki rəsmi
səhifələrindən əldə edə bilərsiniz: facebook, instagram, twitter.
Ekranda ağ-qara təsvir. Nə etmək lazımdır?
- Əgər Siz analoq yayımının abunəçisisinizsə, lütfən TV ustasına müraciət edin. 2. Rəqəmsal
yayımının abunəçiləri: zəhmət olmasa ilk öncə televizorunuzun ayarlarını yoxlayın. Əgər hər şey
qaydasındadırsa, bizə zəng edin: (012) 127
Televizorun səsinin pozulması/b>
Analoq yayımının abunəçiləri: ilk öncə televizorun səs ayarlarını tənzimləyə çalışın. Əgər
bununla səsin pozulmasını aradan qaldırmaq mümkün deyilsə, TV ustasına müraciət edin. 2.
Rəqəmsal yayımının abunəçiləri: zəhmət olmasa bizim mərkəzə zəng edin: (012) 127
KATV1 tərəfindən təqdim olunan cihazları kredit ilə əldə etmək mümkündür?
Bəli, mümkündür.
İnternetdən yarım ay istifadə edilmədiyi halda aktivasiya edildikdən sonra bir ayın ödənişini
etmək lazımdır yaxud yarım ay?
Əgər internet ayın 16-dək aktivləşdirilirsə, bütün tarif ödənilir; 16-dan sonra aktivləşdirildiyi halda
isə - yarım ayın ödənişi.
Ödəniş etmədiyim üçün TV/İnternetin verilişi kəsilib. Təkrar qoşulmanın şərtləri necədir?
Bu halda təkrar qoşulma haqqında bizə sorğu göndərməyiniz lazımdır. Təkrar qoşulmaq üçün Siz ödəniş
olunmayan ayların borcunu, eləcə də cari ayın tarifini ödəməlisiniz.