Elite Club

“Elite Club”-a xoş gəlmişsiniz!

Bundan sonra aylıq 31 AZN-dən başlayaraq ödəniş edən KATV1-in abunəçiləri yeni yaradılmış “Elite Club”-un üvzləri olacaqlar.

Bu o deməkdir ki, 127 nömrəsinə olunan zəngləriniz növbədən kənar qəbul ediləcək. Qeydiyyatın tamamlanması üçün adınızı, soyadınızı, təvəllüdünüzü və mail ünvanınızı təqdim edin. “Elite klub”-un üzvü olaraq, Siz 127-yə zəng edərək bizim xidmətlə yanaşı, digər servislərdən də yararlana bilərsiz: taksi, ayıq sürücü, evakuator, kinoteatra bilet və təmir işlərinin sifarişi (İT servis, TV ustası və s.) .

Digər ünvanlardan fərqli olaraq, aylıq abunə haqqını ödəmək üçün sizə əlavə 4 gün möhlət verilir. Ödənişi daha sonra etmək şərti ilə telefonla əlavə paket aktiv etdirə bilərsiniz. Həmçinin nəzərinizə çatdırmaq istəyirik ki, artıq bir deyil, bir neçə paketi eyni zamanda aktiv etmək mümkündür.

Bu üstünlüklərdən yararlanmaq üçün qeydiyyatda olan nömrənizdən zəng etməyiniz vacibdir. Eyni zamanda sizin vasitənizlə qoşulmaya müraciət edən şəxslərin mənzilləri növbədən kənar şəbəkəyə qoşulacaq. Bunlar da hamısı deyil. Sizin üçün yeni bonus proqramımız da tezliklə aktiv olunacaq. Bonusları toplayaraq şəhərin müxtəlif xidmət mərkəzlərində endirim əldə edəcəksiniz!